Hindistan dünyada ilk dəfə almaz birjası yaradıb | Banco.az

Hindistan dünyada ilk dəfə almaz birjası yaradıb

Hindistanın "Indian Commodity Exchange" (ICEX) əmtəə birjası dünyada ilk dəfə almaz fyuçersləri üzrə ticarətə başlayıb. "Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu məlumat ICEX tərəfindən verilib.

Xəbərdə bildirilir ki, ilkin olaraq əməliyyatlar 1 karatlıq daşlarla aparılacaq. Daha sonra 0,3 və 0,5 karatlıq brilliantlarla ticarətin aparılması planlaşdırılır. ICEX-in rəhbəri Sancit Prasad bildirib ki, fyuçers əməliyyatlarının həyata keçirilməsi almaz investisiyalarını şəffaf, onların effektivliyi və təhlükəsizliyini təmin edəcək. Zinət əşyaları istehsalçılarına isə qiymətlərdəki dalğalanmalardan qorunma imkanı yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: report.az

Ən sərfəli krediti almaq üçün müraciət et