Müəllif:Mehin Qasımova/Banco.az
Hindistan üç yarımkeçirici fabriki tikmək üçün 15 milyard dollardan çox sərmayə qoyub.
Banco.az bu barədə CNBC-ə istinadən xəbər verir.
“Hindistan çip dizaynında artıq böyük imkanlara malikdir. Bu müəssisələr sayəsində ölkəmiz istehsal imkanlarını genişləndirəcək”, - Nazirlər Kabinetinin açıqlamasında bildirilir.
Belə ki, ölkə ABŞ, Tayvan və Cənubi Koreya ilə rəqabət aparan əsas çip istehsalı mərkəzi olmağa can atır və fəal şəkildə xaricdən maliyyə vəsaiti axtarır.
İlk zavod Hindistanın “Tata Electronics” şirkəti tərəfindən Tayvanın “Powerchip Semiconductor Manufacturing” şirkəti ilə birgə Qucarat ştatının Dholera şəhərində tikiləcək. Bu istehsala sərmayə təxminən 11 milyard dollar təşkil edəcək.Zavod avtomobil, məişət elektronikası və müdafiə sənayesində istifadə oluna bilən 28 nanometr ölçülü və daha böyük çiplər istehsal edəcək.
Hökumət həmçinin Assam əyalətində Tata Yarımkeçirici zavodunun (sərmayə təxminən 3,26 milyard dollar təşkil edəcək) və CG Power, Yaponiyanın Renesas Electronics Corporation və Thai Stars Microelectronics şirkətlərinin birgə istehsal sahəsinin yaranmasına razılıq verib. Hər üç layihə üzrə tikintiyə yaxın 100 gün ərzində başlanacağı bildirilir.
Qeyd edək ki, Hindistan öz smartfon markasının istehsalına başlamaq qərarına gəlib.
Rabitə və informasiya texnologiyaları naziri Aşvini Vaişnav qeyd edib ki, respublikanın xarici istehsalçıların smartfonlarının irimiqyaslı istehsalında əldə etdiyi uğurlar ölkədə yeni istehsal sahələrinin yaradılması əzmini verib:
"Biz həmçinin tam cib telefonu ekosisteminin yaradılmasına diqqət yetirəcəyik".
Bizi sosial şəbəkələrdən izləyin!!