Hindistan Çindən enerji asılılığını azaldacaq | Banco.az

Hindistan Çindən enerji asılılığını azaldacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Hindistanın  “Adani Group” şirkəti  2026-cı ilə qədər günəş batareyası istehsalını 150 faiz artırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bu, ölkəyə Çindən idxal olunan günəş panellərindən asılılığını azaltmağa və karbon neytrallığına nail olmağa kömək etməlidir.

Konqlomerat indiki dörd giqavatdan hər il on giqavat günəş enerjisi istehsal etmək üçün kifayət qədər avadanlıq istehsal etməyi hədəfləyir. Şirkətin planlarına Parisdən beş dəfə böyük olan ən böyük bərpa olunan enerji parklarından birinin tikintisi daxildir.

Qeyd edilir ki, “Adani Group” növbəti on il ərzində bərpa olunan enerji mənbələrinə (RES) 100 milyard dollar sərmayə qoyacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram