Hindistan ABŞ-dan neft alışını artırıb | Banco.az

Hindistan ABŞ-dan neft alışını artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistandakı neft emalı zavodlarının ABŞ-dan neft alışları təxminən bir ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, mənbələrin məlumatına görə, Hindistanda dövlət neft şirkətləri “Bharat Petroleum” və “Indian Oil Corporation” və neft-kimya şirkəti “Reliance Industries” aprel ayı üçün ABŞ-dan təxminən 7 milyon barel neft alıb.

“Kpler” məlumat analitika şirkətinin hesablamalarına görə, bu, may ayından bəri ən böyük aylıq həcmdir.

Artımın əsas səbəbi Rusiyaya qarşı sanksiyaların ağırlaşması və hindistanlı neft alıcılarının fərqli bazarlar axtarmasıdır.

Qeyd edək ki, Rusiya Ukraynanı işğal etdikdən sonra Rusiyadan Hindistana neft nəqli artıb və bu ölkə Hindistanın ən böyük neft tədarükçüsü olaraq qalır. Belə ki, Ukrayna müharibəsindən əvvəl Hindistanın neft idxalında 2 faiz paya malik olan Rusiya 2023-cü ildə bu payı 30 faizə çatdıraraq ölkənin ən böyük neft tədarükçüsünə çevrilib.

Ən sərfəli kredit üçün müraciət et

Lakin ABŞ-ın Rusiyaya qarşı sanksiyaları neft daşınmalarında fasilələrə səbəb olub. Sanksiyalardan ən çox Rusiyanın “Sokol” nefti zərər çəkib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et