Heyvan-aktyorlar nə qədər qazanır? | Banco.az

Heyvan-aktyorlar nə qədər qazanır?

Agentliklər və heyvan sahibləri danışır.

Ev heyvanlarının müxtəlif məzmunlu çəkilişlərə necə cəlb olunmaları və ümumiyyətlə bu proses barədə materialı təqdim edirik.

Öncə ondan başlayaq ki, kino və reklam çəkilişlərindən yalnız  aktyorlar deyil, heyvanlar da pul  qazanır.  Məsələn, Hollivudda bir pişik və ya it adətən hər çəkiliş günü üçün 400 dollar qazanır.  Rusiyada isə bu rəqəm xeyli aşağıdı, tutalım, kütləvi səhnələr zamanı heyvanların əmək haqqı əhəmiyyətli dərəcədə az: təqribən 30 manat civarında qiymətləndirilir.

Heyvanlara hansı bacarıqlar lazımdır?

Reklam və kinoda ev heyvanları ilə yanaşı, daha ekzotik heyvanları da çəkirlər: misal üçün filləri və ya timsahları.  Amma  reklam agentlikləri pişiklər və itlərlə işləməyi üstün tuturlar: çünki onları öyrətmək və çəkilişə hazırlamaq  daha asandır.

Bu heyvanlarıın seçilmələrinin  başqa bir səbəbi də  -  onların çəkildiyi məhsulun  alınma şansının yüksək olmasıdır, çünki tamaşaçılara özlərini videodakı personajlarla assosiasiya etmələri daha asandır, “Great” reklam qrupu hesab edir.

Vəhşi heyvanları çəkmək daha çətindir: onlar işıqdan, səslərdən, çox sayda insandan qorxurlar.  Onlara çəkiliş meydançasına alışmaq  üçün daha çox vaxt lazımdır.

Maria Keselman, Great reklam qurupunun Baş Hesab Meneceri

Reklam agentlikləri və rejissorlar  düzgün heyvan seçmək üçün kastinq keçirirlər.  Qısa bir şəkildə məlumat  hazırlayırlar: hansı cins ev heyvanı olmalıdır, onlara  hansı tapşırıqlar veriləcək.  İstehsalat studiyaları və ya quruluşçu rejissorlar film çəkmək üçün heyvanların axtarışı ilə məşğul olur, agentliklərə və rejissorlara onların fotoşəkilləri olan bir portfel hazırlayıb  gətirirlər.

Bəzən sahiblərindən və ya studiyadan heyvanın bir neçə fənd və ya tryuklar  işlətdiyi  qısa video çəkməsini xahiş edirlər.  Bundan sonra "aktyor" və dublyor – hər ehtimala görə - seçilir.

Reklam çəkilişləri üçün adətən heyvanın xarici görünüşü  daha vacibdir,  kino üçün isə  bacarıqları, Animal Art agentliyinin rəhbəri Aleksandr Stepanova deyir.

Yem reklamlarında heyvanın sağlam və yaxşı göründüyünü göstərmək vacibdir.  Belə  çəkilişlər üçün adətən sərgi heyvanı seçilir.  Filmdə tipajlar var: küçə  iti - tüklü  və qorxunc, sevimli həyət iti - çox zərifdir. Əgər mühafizə iti lazım gəlirsə,  Doberman axtarılır, ailə üçün isə  Labrador və ya qolden - retriver seçilir.

Aleksandra Stepanova  Animal Art Agentliyinin rəhbəri

Ev heyvanı heç vaxt çəkilməyibsə , qorxacaq və böyük ehtimalla  tapşırığın öhdəsindən gələ bilməyəcək.  Bununla yanaşı, təcrübəli şəkiliş heyvanları da bəzən özlərini itirir.

Bir dəfə divanın kənarında gəzən və pəncəsi ilə güldana yumşaq şəkildə toxunması lazım olan bir pişiyi çəkirdim.  Süjetə görə, güldan yerə düşməli  və sınmalı idi.  Ancaq pişik çox qorxdu və divanda döyüküb durdu: onu ya işıq  narahat edirdi, ya da adamların çoxluğu.

Özü də həmin heyvan təlim keçmişdi, reklamlarda ilk çəkilişi deyildi.  Düz 20 dublda  istədiyimizi əldə edə bildik.  Həm də pişik neyləsək də  güldana toxunmadı, biz onu sapla dartdıq və yerə düşüb sındı.

Mariya Keselman  Great Reklam Qrupunun Baş Hesab Meneceri

Ev heyvanları çəkilişlərə necə gedib çıxır

Adətən kastinqlərə  artıq  çəkiliş təcrübəsi olan heyvanlar dəvət olunurlar.  Lakin Yekaterina Volkova və iti Dekster çəkilişlərə  təsadüfən cəlb olundular.

2017-ci ildə bir tanışlıqda çəkilişlərə dəvət edildilər - təlim keçmiş və stresə davamlı bir itə ehtiyac var idi.  Daha sonra Dekster daha dörd dəfə çəkilişlərdə  iştirak etdi.  2018-ci ildə o öldü, indi Yekatrinanın yeni iti var və o da aktyordur.

Əgər sahibləri kino sənayesi ilə əlaqəli insanlardısa onların  heyvanları çəkilişlərdə daha çox iştirak edirlər.  Yekaterina Mamakina heyvanlarla  səhnə quruluşçusu  işləyir: uyğun olanları axtarır, onları filmə çəkməyə hazırlayır və çəkiliş meydançasında kömək edir. Onun Landi adlı iti bir neçə dəfə reklamlarda çəkilib   və qadın özü  onun namizədliyini  təklif edib.

Heyvan  sahibləri çəkilişlərə müxtəlif səbəblərdən gedirlər - kimsə maraq xatirinə, amma kimlər üçün isə bu bir işdir.  Yekaterina Volkova üşün həmişə maraqlıydı ki, o,  Deksteri yaxşı öyrədə bilibmi və it çəkilişlərə tab gətirə biləcəkmi.

Animal Art agentliyinin rəhbəri Aleksandra Stepanova, demək olar ki, 20 ildir heyvanların çəkilişə hazırlanması ilə məşğul olur.  Əsasən itləri öyrədir, amma pişiklər və quşlar da  var.  Qadının öyrətdikləri arasında  vəhşi heyvanlar yoxdur.

Stepanovanın dediyinə görə, uşaqlıqdan heyvanların nədən narahat olduqlarını anlamaq istəyirdi.  O, etoloq - heyvan davranışı mütəxəssisi peşəsi üzrə təhsil aldı və sonra film çəkilişləri üçün onları öyrətməyə başladı. O,  kinonun heyvanların emosional tərəflərini göstərə biləcəyi bir sahə olduğuna inanır.

Artıq Stepanovanın qurduğu sığınacaqda 50-dən çox heyvan var və onların hamısı çəkilişlərdə iştirak edir.  Bu sığınacaqda himayə olunan heyvanlar  arasında ən azı 30 layihədə iştirak edən Aysa adlı it də var.

Aysa, aktrisa

Çəkilişdən əvvəl nə etmək lazımdır

Ən sərfəli kredit üçün müraciət et

Çəkiliş üçün hazırlıqda əsas məsələ xarici görünüşdür.  Sahibləri ev heyvanlarını çəkiliş ərəfəsində çimizdirir, bəzən heyvan bərbərinin  yanına aparırlar.  Saç düzümü 70-100 manata başa gəlir, Stepanova deyir.  Ancaq heyvanın kadrda  həmişə  gözəl görünməsi lazım deyil: bəzən qrim ustaları, xüsusən küçə heyvanı obrazı üçün onları  ləkələyirlər.

Heyvan sahiblərinə,  işləməyə həvəsləri olsun deyə, onları istirahət etditmələrini və doyunca yatızdırmalarını da  tövsiyə edirlər.  Yekaterina  Mamakina heyvanları çəkiliş öncəsi yedizdirməməyi  məsləhət görür, əks halda onlar tənbəllik edirlər.

Aleksandra Stepanova da eyni məsləhətləri verir.  Dediyinə görə, yalnız aclıq zamanı fikri yayınan heyvanlar əvvəlcədən qidalandırılır.  Lakin heyvanı həddindən artıq yedizdirmək olmaz, əks halda çəkiliş zamanı bağırsağı çevrilə bilər.

 Bundan əlavə, agentliklər baytarlıq pasportu tələb edirlər.  Heyvanın bütün zəruri peyvəndləri olması lazımdır: quduzluqdan və digər xəstəliklərdən. Mamakina bildirir ki, "Mosfilm" də çəkiliş üçün onun itinə yalnız pasport yox, həm də baytar həkimin heyvanın sağlamlığı barədə arayışı da lazım gəlmişdi.  Onu klinikada bir güncərzində əldə etmək olur.

Heyvanların iştirak etdiyi reklam və filmlər necə çəkilir

Sahibi əvvəlcədən heyvanı çəkiliş meydançasına gətirir ki, oraya alışsın, işıqlardan və kameralardan təşviş keçirməsin: Çəkiliş başlayana qədər heyvan xüsusi qəfəsdə, yaxud ayrıca bir yerdə gözlədilir. Daha sonra o çəkiliş yerinə gətirilir, həm də tək halda yox, cavabdeh olan şəxslə.

Mariya Keselman  Great Reklam Qrupunun Baş Hesab Meneceri

Adətən çəkiliş günü yeddi- səkkiz saata qədər davam edir, ancaq heyvanın vəzifələri nə qədər çətin olsa, çəkiliş meydançasında bir o qədər az vaxt keçirir, çünki belədə tez yorulur.

Heyvanın nə edəcəyi ssenaridən asılıdır.  Yekaterina Volkovanın iti  TNT kanalında (Rusiya) Yeni il reklamında rol almışdı. O, arxa ayaqları üzərində gəzdi, əmrə müvafiq olaraq hürdü, oturdu, hədiyyələri və xüsusi lövhələri  dişlərində saxladı.

Yekaterina Mamakinanın Cek- Rassell- Teryeri isə   “Eldorado” üçün reklam çarxında rol aldı.  Orada bir tozsoran üzərində kostyumda oturmalı idi.  Mamakina deyir ki, iti üçün ən çətin şey çəkiliş zamanı yorulmamaqdır: o, çox oynaqdır.  Yorğun olarsa, daha pis olduğunu düşünür və marağı itir.

Landi üçün bundan əvvəl hər şeyi düzgün etdiyi halda niyə yenidən etməli  olduğunu başa düşmək çətindir.  Bir dəfə Phillips reklamında rol almışdı və orada top üçün hoppanmalı idi.  Bir dəfə atladı, iki dəfə, üç, on...  Və sonra hiyləgərliyə başladı – həvəsi ölmüşdü.  Mən onu sakitləşdirdim, birlikdə gəzdik, su içirdim və yenidən çəkiliş yerinə gətirdim ki,  topa tullansın.

Yekaterina Mamakina

Heyvanlara sahibləri, təlimçilər və ya səhnə quruluşçuları nəzarət edir.  Onları daha yaxşı işləmələrini "təhrik edir"lər.  Hər kəsin fərqli həvəsləndirmə üsulu var: yemək, oyuncaq, başqa bir heyvan və ya başqa bir insan.  Mamakina Landini oyuncaqlarla həvəsləndirir, o top ilə oynamağı sevir.

Artıq Stepanova otağında 50-dən çox heyvan var, hamısı çekilişlərdə iştirak edir.  Qəyyumluq  altında olan Agentliklərin  arasında ən azı 30 layihədə iştirak edən Aysa köpək var: məsələn, "Küknarlar  3" və " tüklü Küknar" filmlərində.

Çəkilişdən əvvəl nə etməlisiniz

Çəkiliş üçün hazırlıqda əsas şey xarici  görünüşdür.  Sahibləri ev heyvanlarını çimizdirillər  - heyvanlar üçün bərbərlərə aparırlar. Saç düzümü  2000-3000 rubla başa gəlir, Stepanova deyir.  Amma  heyvanın həmişə  gözəl görünməsi vacib deyil: bəzən qrimçilər xüsusi olaraq onları ləkələyirlər, xüsusən də əgər  küçə itini oynamaq  lazımdırsa.

Çəkilişlərdən nə qədər qazanmaq olar

Heyvanın qonararının  həcmi onun təcrübəsindən asılıdır: məşhur filmdə oynayırsa, ona daha çox pul veriləcəkdir (lakin dəqiq məbləğ Animal Art agentliyində açıqlamırlar).  Ödənişə ərzaq, su, nəqliyyat xərcləri, bəzən agentlik və ya səhnə quruluşçusunun  də işləri daxildir.  Mamakinfnın dediyinə  görə, ev heyvanı sahibi və ya direktoru ümumi məbləğin təxminən yarısını alır.

Stepanova reklamda ötəri rol üçün 70-90 manat ödəniləcəyini qeyd edir.  Kinoda  kütləvi səhələrdə rol üçün daha az ödəyəcəklər - 20 və ya 30  azn.  Böyük bir reklam layihəsi üçün təxminən 250 azn, əsas rol üçün - 400 azn almaq  mümkündür.

Stepanova qeyd edir ki, heyvan çəkilişlərindən pul qazanmaq çətindir.  Onun sığınacağında  heyvanlara təlim keçən xüsusi komanda var və bütün bu işlər üçün  çox pul xərclənir.  "Bu həvəs tələb edən bir biznesdir" deyə Stepanova vurğulayır.  "Əlavə qazanc ola bilər amma  ciddi qazanc- çətin ki ".

Yekaterina Mamakina, kinoda altı saatlıq növbə üçün itinə 130 manat  ödəndiyini  söyləyir.  Sonrakı  saatlar üçün isə stavka üzrə  30 azn .  Reklam çəkilişləri üçün 180 manat  veriblər.  Eyni zamanda, heyvanın qazancı həm reklamda, həm də kinoda 50 manat olub.  Qalan məbləğ isə  səhnə quruluşu rejissorunun işi üçün gedir.  Qalan hissəsi nəqliyyat xərclərinə.

Əgər sahibi mənim əvəzimə  çəkilişdə heyvanla  işləyirsə, bu 80-100 manat  pul  ona verilir.  Ancaq çəkiliş meydançasında quruluşçu rejissorun yerinə sahibləri   işləyirsə çətinliklər yaranır. Onlar çox vaxt  harda durmaq lazım olduğunu, itləri əmrləri yerinə yetirməyə  necə məcbur etməyi bilmirlər.  Ümumi götürdükdə, bu asandır, sadəcə itlər fərqlidir.

ens.az

Ən sərfəli krediti almaq üçün müraciət et