Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçiriləcək | Banco.az

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçiriləcək

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş növbəti banklararası şahmat yarışı keçiriləcək.

Yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir.

Yarışda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankların əməkdaşları iştirak etmək hüququna malikdirlər. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olaraq FİDE qaydalarına əsasən şəxsi hesab üzrə keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Artıq 3-cü dəfə keçiriləcək və hər il böyük marağa səbəb olan yarışmada ötən il 18 bankın 70 ə yaxın nümayəndəsi iştirak edib. İştirakçılar arasında şəxsi komanda çempionatında Kapital Bank qalib olub. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq  Azərbaycan Beynəlxalq Bankı, Bank of Baku qərarlaşıb.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışı  ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilir.

Ən sərfəli krediti almaq üçün müraciət et