Heydər Əliyevin 100 illiyilə bağlı qızıldan hazırlanmış pul nişanlarının satışına başlanılıb | Banco.az

Heydər Əliyevin 100 illiyilə bağlı qızıldan hazırlanmış pul nişanlarının satışına başlanılıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq tədavülə buraxılan və yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan etibarən satışına başlanılıb.

Bu barədə AMB-dən məlumat verilib.

    Tədavülə buraxılan investisiya məqsədli pul nişanları ilə bağlı ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib.

    https://www.cbar.az/moneymarks/coins?category=2

    Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi (https://coin.e-cbar.az/) , Mərkəzi Bankın əhaliyə xidmət kassaları, eləcə də banklar vasitəsilə təmin edilir.

    Ən sərfəli kredit üçün müraciət et

    Eyni zamanda investisiya məqsədli bu pul nişanlarının Mərkəzi Bank tərəfindən geri alışı da həyata keçiriləcək.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et