Həyatınızı dəyişəcək 10 qayda | Banco.az

Həyatınızı dəyişəcək 10 qayda

Təsəvvür edin ki, sizin yüzlərlə, minlərlə insanın təcrübəsinə çıxışınız var və həmin insanlar öz təcrübə və biliklərini bölüşməyə can atırlar. Onlar həyatınızı dəyişdirə biləcək – tənbəlliklə mübarizə aparma metodları, maraqlı fənd və məsləhətlər haqqında müzakirə apara bilərlər. Biz həmin insanların öz həyatlarını necə dəyişdikləri haqqında ümumi fikirlərini diqqətinizə çatdırmaq istərdik.

 

20 dəqiqə qaydası

Hər gün işdən sonra evə gələndə heç bir şey etmək istəmirəm. Etmək istədiyim yeganə şey divana uzanmaq, seriala baxmaq və ya Facebook profilimi yoxlamaqdır. Mən elə bir neçə il belə də edirdim. Lakin bir neçə il əvvəl mən bu pis vərdişi “20 dəqiqə qaydası” ilə əvəz etmək qərarına gəldim. İndi mən evə gələndə heç olmasa 20 dəqiqəni aşağıda sadaladığım işlərlə məşğul olmağa sərf edirəm:

  • kitab və ya maraqlı məqalə oxumaq
  • şahmatla məşğul olmaq
  • Duolingo saytına baş çəkmək
  • meditasiya ilə məşğul olmaq
  • proqramlaşdırma ilə məşğul olmaq

Bu siyahını özünüz və maraqlarınıza görə uyğunlaşdıra bilərsiniz. Lakin yadınızda saxlayın ki, bu siyahıya seriallar, filmlər və faydasız məşğuliyyətlər daxil olmamalıdır. Yalnız 20 dəqiqəlik limiti aşdıqdan sonra istədiyiniz digər işlərlə məşğul ola bilərsiniz. Əgər siz hiss edirsinizsə ki, heç 20 dəqiqə vaxtınızı belə ayıra bilməyəcəksiniz, onda gedin yatın.

Ən sərfəli kredit üçün müraciət et

Karen Rots da öz məsləhətlərini bizimlə bölüşdü. O fikirləşir ki, bu qaydalar onun həyatını dəyişə bilib:

  • Qazlı su içməyi tərgitmək
  • Həftədə 4 dəfə 10 dəqiqə qaçmaq
  • Daha çox gülümsəmək
  • Hər həftə yeni bir insanla tanış olmaq
  • Hər gün eyni vaxtda yatın
  • Lazım olan vaxtdan yarım saat əvvəl oyanın
  • Hər zaman bir butulka su əliniz altında olsun
  • Alış-veriş üçün yalnız əvvəlcədən yazdığınız siyahı ilə mağazaya gedin və mağazaya gedərkən heç vaxt çalışın ac olmayın.
  • Insanlara təşəkkür edin

Ən sərfəli krediti almaq üçün müraciət et