Həyatın yaşam sığortasına yatırımlar artır | Banco.az

Həyatın yaşam sığortasına yatırımlar artır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar ayında həyatın yaşam sığortası üzrə 37 milyon 871 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 17,2% və ya 5 milyon 567 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 1 milyon 745 manat və ya 8,9% artaraq 21 milyon 317 min manata çatıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 32,3 milyon manata, ödənişlər isə 19,6 milyon manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et