Həyatın yaşam sığortasına yatırımlar 545 milyon manatı ötüb | Banco.az

Həyatın yaşam sığortasına yatırımlar 545 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-noyabr aylarında həyatın yaşam sığortası üzrə 545 milyon 607 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 18,3% və ya 84 milyon 223 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 173 milyon 927 min manat və ya 64,5% artaraq 443 milyon 469 min manata çatıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 461,4 milyon manata, ödənişlər isə 269,5 milyon manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram