Həyatın yaşam sığortasına yatırımlar 461 mln. manatı ötüb | Banco.az

Həyatın yaşam sığortasına yatırımlar 461 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında həyatın yaşam sığortası üzrə 461 milyon 383 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 28,4% və ya 102 milyon 108 min manat çoxdur.

Məlumata görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 43,9 milyon manat və ya 19,4% artaraq 269 milyon 542 min manata çatıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 359,3 milyon manata, ödənişlər isə 225,7 milyon manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram