Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-aprel aylarında həyatın yaşam sığortası üzrə 330 milyon 752 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 15,2% və ya 43 milyon 709 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 59 milyon 48 min manat və ya 40,7% artaraq 204 milyon 175 min manata çatıb.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 287 milyon manata, ödənişlər isə 145,1 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
