Həyatın yaşam sığortasına yatırımlar 29%-ə yaxın artıb | Banco.az

Həyatın yaşam sığortasına yatırımlar 29%-ə yaxın artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-fevral aylarında həyatın yaşam sığortası üzrə 103 milyon 640 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 28,9% və ya 23 milyon 210 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 9 milyon 304 min manat və ya 15,6% artaraq 68 milyon 922 min manata çatıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında yaşam sığortası üzrə yığımlar 80,4 milyon manata, ödənişlər isə 59,6 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram