Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar ayında həyatın yaşam sığortası üzrə 53 milyon 793 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 2,1% və ya 1 milyon 92 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 11 milyon 112 min manat və ya 38,4% artaraq 40 milyon 48 min manata çatıb.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 52,7 milyon manata, ödənişlər isə 28,9 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
