Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında həyatın yaşam sığortası üzrə 197 milyon 539 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 17,3% və ya 29 milyon 84 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 42 milyon 916 min manat və ya 40% artaraq 150 milyon 288 min manata çatıb.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 168,5 milyon manata, ödənişlər isə 107,4 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
