Həyatın yaşam sığortasına yatırılan vəsaitlərin həcmi 45% artıb | Banco.az

Həyatın yaşam sığortasına yatırılan vəsaitlərin həcmi 45% artıb

Müəllif - Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-may aylarında həyatın yaşam sığortası üzrə 239 milyon 257 min manat sığorta haqqı yığılıb. Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 45,2% və ya 74,5 milyon manat çoxdur. Məlumata görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 1,9 dəfə artaraq 93 milyon 329 min manata çatıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 164,8 milyon manata, ödənişlər isə 49,3 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram