Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-aprel aylarında həyatın yaşam sığortası üzrə 287 milyon manatdan çox sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 31,9% və ya 12,5 milyon manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 18 milyon manat və ya 14,2% artaraq 145,1 milyon manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında yaşam sığortası üzrə yığımlar 255,1 milyon manata, ödənişlər isə 127,1 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!