Həyatın mükəmməl olmadığını hamımız bilirik. Hər zaman yoxuşlar və enişlər, əvvəlcədən görülməyən maneələr olacaqdır. Həyatımızda meydana çıxan və əvvəlcədən nəzərə almadığımız hadisələr üçün heç bir şey edə bilmərik, amma heç olmasa bunlarla başa çıxa bilmək üçün nəysə edə bilərik. Müsbət düşünmənin faydalarını tez-tez eşidirik, amma bunu tətbiq etmək hər zaman asan deyil. Çətin bir vəziyyətdə belə necə müsbət düşünmək olar, bilirsinizmi? Bunun 8 yolu:
1 ) Özünüzə doğru sualı verin: Pessimist insan çətin bir vəziyyətdə özünə " Bu niyə mənim başıma gəldi?" -deyə soruşar, optimist insan isə " Bundan nə dərs çıxarda bilərəm ?" -deyə soruşar.
2) Ətrafınızı pozitiv edin: Yəni, sizi motivasiya edən insanlarla daha çox zaman keçirin.
3) Şükür edin: Sahib olduqlarınıza şükür etmək müsbət düşünməyinizi asanlaşdırır.
4 ) Fiziki görünüşünüzə əhəmiyyət verin: Görünüşünüz və sağlamlığınıza verdiyiniz əhəmiyyət müsbət düşünmə qabiliyyətinizi gücləndirər.
5) Günə optimist başlayın: Səhər günə necə başlasanız, elə də davam edər. Yaxşı bir nahar və bir az idman edərək başladığınız günün pis keçmə ehtimalını aşağı sala bilərsiniz.
6) Həllə diqqətinizi cəmləşdirin: Mənfi düşüncəni bəsləyən ən əhəmiyyətli faktorlardan biri, bir problemin qarşısında dayanıb heç bir şey etməməkdir. Qət etməniz lazım olan yol nə qədər uzun olursa olsun, hər gün kiçik addımlarla həllə yaxınlaşın.
7) Narahatlıqlarınızın azaldın: Narahatlıq ən dağıdıcı duyğulardan biridir. Həqiqətlə qurduğunuz möhkəm bağlar, yersiz narahatlıqlardan xilas olmanıza kömək edər.
8) Özünüzə imtina etməməyi xatırladın: Davamlı tətbiqlər müsbət düşüncənin ən yaxşı yoludur.
Tərcümə edən: Sevinc Cahangirli
Mənbə: allmag.az