Həyata baxışınızı dəyişdirəcək 45 sitat | Banco.az

Həyata baxışınızı dəyişdirəcək 45 sitat

Sən yalnız olmaq istədiyin biri olacaqsan.

Yaxşılıq et və özünü yaxşı hiss edəcəksən. Pislik et, əvəzində pislik görəcəksən. Gördüyünüz kimi bu, çox sadədir.

Biz hamımız seçim edirik, amma sonda bizim seçdiklərimiz bizi formalaşdırır.

Əgər nəyəsə nail olmaq istəyirsənsə, onda özünü həmin işə həsr et. Başqa cür alınmayacaq.

Özünə sadiq qal. Sənə zövq verən bir şeyi etməkdən heç vaxt utanma.

Əgər öz dediyinin üstündə dura bilmirsənsə, onda sən diz çökdürən deyil, diz çökən olacaqsan.

Əsas odur ki, düzgün seçim etdiyinə əmin olasan.

 Başqa insanların gözündə dəli kimi göründüyünə görə narahat olma. Nəzərə al ki, bütün dahiləri və onların ideyalarını dəlisov adlandırırdılar.

Əgər Sən də başqaları kimi düşünürsənsə, onda Sən heç düşünmürsən ki.

Öz taleyini özün idarə et, əks halda bunu Sənin əvəzinizə edəcəklər.

Dost və düşmən bir-birindən bir addım aralıda dayanıb.

Bədbəxt o insandır ki, ancaq öz məqsədi haqqında düşünür və bunun üçün heç bir əməli addım atmır.

Əgər insanlar Səni öz arzundan çəkindirməyə çalışırlarsa, onda onlara fikir vermə, çox ehtimal ki, onların da nə vaxtsa vaz keçdikləri belə bir arzuları olub.

Heç nəyi ürəyinə salma, yalnız onda azadlığın dadını biləcəksən.

Bu dünyada ancaq “Sən” və “Sənin məqsədin” var. Əgər “Sən” yoxsansa, onda “məqsəd” də yoxdur, əgər “məqsəd” yoxdursa heç sən də var olduğunu iddia edə bilməzsən.

Sevgi tapmaq əsas deyil, bu, sadəcə daxili yalnızlıqdan qaçma yoludur. Özünü sev və onda sevginin dadını hiss edəcəksən.

Sevən insan sevgidən bəsləndiyi kimi, nifrəti də qəzəb qidalandırır. Sənin ərtafındakı dünya elə Sənin aynadakı əksindir.

Qorxu – gün batımı kimidir: hətta ən əhəmiyyətsiz problem də arxasında uzun kölgə buraxır.

Arzular ancaq onlara çatmaq istədikdə reallaşır.

Uğursuzluqlar və səhvlər – həyatın vacib hissəsidir və onlardan qorxmağa dəyməz, əldən verilmiş imkanlar –  isə ən böyük səhvdir.

Bəhanə axtarma!

Səndə olmayan bir şeyi əldə etmək üçün heç vaxt etmədiyini etməlisən.

Ən sərfəli kredit üçün müraciət et

Ən çətini artıq bir neçə dəfə etdiyin şeyi etməkdir.

Problemlər – çoxlarımızın qorxduğu bir dərsdir.

Istənilən insan problemdən qaça bilər, lakin yalnız tək-tək insanlar onlarla üzləşməyi bacarır.

Uşaqlıqda bizim qorxularımız da az idi. Böyüdükcə ürəkdəki qorxular da artdı. Qorxu bizi böyüməyə qoymur, məhz buna görə insanlar yeniyetmə dövründə daha tez böyüyürlər.

Cəsarət – ölümcül qorxu nəticəsində ortaya çıxır.

Uğursuzluqlar bəzi şeylərə aydınlıq gətirdiyi halda, qələbə reallığı gizlədir bəzən.

Öyrənməyi dayandırdığın vaxt böyüməyəcəksən.

Əgər Sən bir şeyi başa düşmürsənsə, onda bu o demək deyil ki, o ya yoxdur, ya da ola bilməz.

Gələcəyin qeyri-müəyyən olması böyük bir hədiyyədir.

Uğurun əsasını bilik deyil, qətiyyət təşkil edir.

Ani xoşbəxtlik illərin yarasını sağaltmır və sağalda da bilməz.

Səbr və yenə də səbr. Nəhəng agaclar da adi toxumlardan yaranır.

Gözləntin nə qədər azdırsa, həyatdan da bir o qədər zövq alacaqsan.

Dünyaya minnətdar ol, o da Sənə əvəzini qaytaracaq.

Öhdəlik kimi qəbul etdiyin bir şey, başqasının arzusu ola bilər.

Xoşbəxtlik – məkan, hadisə və ya mühit deyil. Xoşbəxtlik – Sənin bütün bunlar haqqında fikirləşdiklərindi.

Həyatın mənası haqqında çox da fikirləşmə.

Kimdənsə yaxşı olmağa çalışma, bir dəqiqə əvvəlki özündən daha yaxşı biri olmağa çalış.

Səhv etdiyini yalnız müdrik insan boynuna ala bilər.

Insanlar nəyi istəyirlər, onu da görürlər.

 Sən bütün vaxtını özünü sevməyə həsr edirsənsə, onda özünü mühakimə etməyə vaxtın da qalmayacaq.

Ölüm haqqında fikirləşmə, axı sən heç necə yaşamaq lazım olduğunu bilmirsən.

Yadda saxla, Sənin həmişə şansın var.

Ən sərfəli krediti almaq üçün müraciət et