Həyat sığortası bazarında vəziyyət necə dəyişib? | Banco.az

Həyat sığortası bazarında vəziyyət necə dəyişib?

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası üzrə 260,931 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

Hesabat dövründə həyat sığortası üzrə ödənişlərin məbləği isə 192,775 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 17,8% çoxdur.

Yanvar-avqust aylarında həyat sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 73,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 75,9 manat olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et