Azərbaycanda hal-hazırda Həyat sığortası sahəsində 3 şirkət fəaliyyət göstərir. Qeyd edək ki, qanunvericilik şirkətlərə eyni zamanda həm həyat, həm də qeyri həyat sığortası fəaliyyəti ilə məşğul olmağa icazə vermir.
Həyat sığortası şəxsin ölümü, müəyyən yaşa çatması, ailə başçısını itirməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirməsinə görə gəlirlərinin azalması, sağalmaz xəstəliyə tutulması və s. hallarda maliyyə təzminatının həyata keçirilməsini nəzərdə tutan sığorta fəaliyyəti istiqamətidir. Həyat sığortası iki cür əhəmiyyət daşıyır: maliyyə müdafiəsi və investisiya aləti.
Həyat sığortası ilə məşğul olan şirkətlər üçün nizamnamə kapitalı tələbi 2015-ci ilin 01 yanvar tarixinədək beş milyon manat,01 yanvar 2015-dən isə 6.5 milyon manatdır. Bu fəaliyyətdə olan həyat sığortası şirkətləri üçündür. Yeni təsis edilən sığortaçılar üçün isə bu məbləğ 10 milyon manatdır. Ötən illə müqayisədə qeyd edilən sektorda, əhəmiyyətli dərəcədə böyümə müşahidə olunub.
Indi isə həyat sığortası ilə məşğul olan şirkətlərin sığorta ödənişləri və sığorta haqlarına nəzər salaq.