Həyat sığortası 10% artıb, qeyri-həyat sığortası isə 11% azalıb | Banco.az

Həyat sığortası 10% artıb, qeyri-həyat sığortası isə 11% azalıb

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 20,681 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin yanvar ayına nisbətən 9,8% çoxdur.

Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 83 milyon 330 min manat təşkil edib. Bu isə illik müqayisədə 10,6% azdır.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 28 milyon 744 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 94,7% artaraq 28 milyon 97 min manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 139 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 33,7 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar ayında müvafiq olaraq 65,4 manat və 15,5 manat olub.

Renkinq

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et