Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin layihəsində Hesablama Palatası üçün 3,812 mln. həcmində vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 0,8% artıqdır.
Bunu Hesablama Paltasının sədri Vüqar Gülməmmədov parlamentin bugünkü plenar iclasında Palatanın xərclər smetasını təqdim edərkən deyib: "Artıq vəsait dövlət qulluqçularının müavinət xərcləri ilə bağlıdır. Tarif Şurasının qərarı ilə bağlı xərc isə Palatanın digər xərcləri hesabına kompensasiya ediləcək".
Paltanın sədri bildirib ki, quruma sərf olunan vəsaitin 83%-dən artığını əmək haqqı xərcləri təşkil edir.
Qeyd edək ki, plenar iclasda büdcə zərfinin müzakirəsi yekunlaşıb və bu məsələ ilə bağlı hökumətə təkliflərin hazırlanması üçün dekabrın 16-dək vaxt verilib. Növbəti iclas dekabrın 16-da baş tutacaq.
Mənbə: Report.az