Hesablama Palatası bu dövlət qurumlarında audit aparır | Banco.az

Hesablama Palatası bu dövlət qurumlarında audit aparır

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin fəaliyyətinə, eləcə də “Azerenerji” ASC-nin və “BakuBus" MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair tədbirləri yekunlaşdırıb.

Bu barədə sorğuya cavab olaraq Palatadan bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda deyilir ki, adı çəkilən qurumlarda aparılmış yoxlama tədbirlərinin nəticələri tezliklə Hesablama Palatasının Kollegiyasının müzakirəsinə çıxarılacaq.

“Hal-hazırda isə Təhsil Nazirliyində, Azərbaycan Əmanətlərin Sığoralanması Fondunda auditlər, dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borclar, 2015-2016-cı illərdə sosial müavinət, kompensasiya və təqaüdlərin təyinatı və ödənişi ilə bağlı analitik təhlillər və s. nəzarət tədbirləri davam etməkdədir”, - deyə məlumatda qeyd edilib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et