"Hesab.az"dan istifadə etmək üçün 6 SƏBƏB | Banco.az

"Hesab.az"dan istifadə etmək üçün 6 SƏBƏB

Nəyə görə Hesab.az-da istifadə etmək daha sərfəlidir? Bu portalın bizim üçün yaratdığı dəyəri təqdim etdiyimiz qısa siyahıda, 6 punktla izah etməyə çalışdıq.

Hesab.az-dan istifadə etməyin 6 üstünlüyü

1. Zamana qənaət

Ödənişləri online etməyin və hesab.az-la ödəməyin gətirdiyi ən böyük üstünlük zamana qənətdir. Banka və sığorta şirkətinə getməyə səbəb yoxdur.Televiziya ödənişlərini, kommnal ödənişləri etmək üçün harasa gedib növbə tutmalı, yollarda, tıxaclarda vaxt itirməli deyilsiniz.

Smart telefon və ya noutbuk vasitəsi ilə hesab.az portalına daxil olub, ödənişi həyata keçirirsiniz. Həmçinin, ödənişləri planlaşdıra da bilərsiniz.

2. Rahatlıq

Soyuq havada evdən ya işdən harasa çıxmağınız gəlmir. Ya da qızmar havada sərin ofisi tərk etmək istəmirsiniz, amma təcili etməli ödənişlər var? Və ya yolda olduğunuz zaman qəfil telefonunuzun balansı sıfıra yaxınlaşır.

İstədiyiniz ödəniş sizə bir telefon və onlayn əlaqə qədər yaxındır. İnternetiniz varsa problem yoxdur.

Hesab.az ilə ödəniş etmək rahatdır. Ödənişi qeydiyyatdan keçməklə və ya qeydiyyatsız da həyata keçirə bilərsiniz. Ödəmək istədiyiniz xidmətin bir dəfə şablonunu yaradırsınız və hər dəfə eyni proseduru təkrarlamırsınız.

3. Hesab.az qazandırır

Ən sərfəli kredit üçün müraciət et

Qeydiyyatdan keçərək Siz Hesab.az-da şəxsi kabinetinizi yaratmış olursunuz. Hər dəfə ödəniş edərkən bonuslar qazanırsınız ki, həmin bonus xallar ilə daha sonra hərracda iştirak edə bilər və ya bonusları dərhal endirim və hədiyyə kuponlarına dəyişə bilərsiniz.

4. Təhlükəsizdir

Hesab.az ödənişlərin təhlükəsizliyinə zəmanət verir. GoldenPay bütün ödənişləri şifrələmək məqsədi ilə GeoTrust TLS/SSL Encryption–dan istifadə edir.GeoTrust dünyada məlumatların şifrələnməsində liderdir.

5. Qənaətcildir – pul xırdalama probleminə son

Azərbaycan əksər hallarda taksilərdə və ya xidmət məntəqələrində “xırda pul” problemi olur. Ona görə də 3.70 AZN əvəzinə nəticədə 4.00 AZN ödəniş etmiş olursunuz. Və ya sadəcə pulunuzun qalığını istməyə utanırsınız.

Nağdsız ödənişlər bu problemi aradan qaldırır. Məsələn üstünüzdə yalnız 10 AZN və ya 20 AZN varsa, bunun üçün vaxt sərf edib pulu xırdalatmağa qərək qalmır. Hesab.az-a daxil oub, ödənişi online edirsiniz.

6. 100-dən artıq xidmət

Hesab.az ilə kredit, təhsil,TV, telefon, komunal ödəniş, əyləncə,sığorta ödənişlərini edə, kinoya və ya digər tədbirlər üçün biletlər ala bilərsiniz.

Həyatınızı bu platforma ilə inteqrasiya edib, ödənişlərə sərf etdiyiniz vaxtı daha səmərəli keçirə bilərsiniz. Bu sizə daha nizamlı və işlərinizdə effektiv olmağa kömək edəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et