Hesabat: Azərbaycan İKT inkişafı qlobal reytinqində 55-ci yeri tutur | Banco.az

Hesabat: Azərbaycan İKT inkişafı qlobal reytinqində 55-ci yeri tutur

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı qlobal reytinqinde 55-ci yer tutur.

Bu, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında bildirilib.

Hesabata əsasən, MDB ölkələrindən Rusiya reytinqdə 43-cü, Qazaxıstan 52-ci, Ermənistan 71-ci sırada qərarlaşıb. Moldova sıralamada 68-ci, Gürcüstan 72-ci, Ukrayna isə 76-cıdır.

Ən sərfəli kredit üçün müraciət et

Sənəddə vurğulanıb ki, 2016-cı ilin sonlarına olan məlumata əsasən, dünya əhalisinin 95 faizi mobil telefon rabitəsi ilə əhatə olunub, 47 faizindən çoxu isə artıq internetə çıxış əldə edib.

Koreya Respublikası ardıcıl ikinci il informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından reytinqə liderlik edir. 175 ölkə arasında ilk onluğa həmçinin Avropa İttifaqının yeddi ölkəsi, Çin və Yaponiya da daxil edilib.

Mənbə: Report.az