Hesabat açıqlandı: Bankdan fantastik ZƏRƏR | Banco.az

Hesabat açıqlandı: Bankdan fantastik ZƏRƏR

Bank VTB (Azərbaycan) Beynəlxalq maliyyə hesabatları standartları üzrə 2016-cı ilin nəticələrini elan edib.

Belə ki, 2016-cı ilin yekunları üzrə bank VTB (Azərbaycan)-ın məcmu aktivləri 271,6 mln. manat, o cümlədən kredit portfeli 195 mln. manat təşkil edib. Lakin bankın öhdəlikləri aktivlərindən çox olub. Belə ki, bankın cəmi öhdəlikləri 399,9 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bankın səhmdar kapitalı 50,8 mln. manat olduğu halda, yığılmış defisiti 179,1 mln. manat təşkil edib.

Bank ötən ili 141 mln manat xalis zərərlə başa vurub.