Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin mart ayı ərzində 600,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə ARDNF məlumat bildirib.
Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin fevral ayı ərzində 316,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Fevral ayı ilə müqayisədə Martda valyuta satışı təxminən 2 dəfə artıb.
2019-cu ilin Yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
3 ay ərzində Neft Fondu tərəfindən 1 milyard 551,6 milyon dollar vəsait satılıb.
marja