Hərraclarda dollar satışı artıb - AÇIQLAMA | Banco.az

Hərraclarda dollar satışı artıb - AÇIQLAMA

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin iyul ayı ərzində 536,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə ARDNF-dən bildirilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin iyun ayı ərzində 439 milyon ABŞ dolları məbləğində vəsait satmışdı. Beləliklə, valyuta satışı aylıq müqayisədə 22% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Aprel ayı ərzində 802,6 milyon, May ayında 422,7 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

2018-ci ilin 7 ayı ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 3 milyard 511,1 milyon ABŞ dolları təşkil edir.

Marja.az