Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 68.3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (9 yanvar) müqayisədə 4.3 milyon dollar və ya 5.9% azdır.
Qeyd edək ki, yanvarın əvvəlindən bəri keçirilən hərraclarda tələb bu qədər olub:
Tarix |
Tələb |
14 yanvar |
68.3 milyon dollar |
9 yanvar |
72.6 milyon dollar |
7 yanvar |
73.5 milyon dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!