Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 72,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (30 may) müqayisədə 37,7 milyon dollar və ya 34,1% azdır.
Qeyd edək ki, ötən ay keçirilən hərraclarda ümumi tələb 558,6 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!