Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 25,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istiandən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 0,9 milyon ABŞ dolları və ya 3,7% çoxdur.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, sentyabrın 12-də keçirilən hərracda tələb 24,2 milyon ABŞ dolları olub və tam təmin edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!