Hər komanda öz liderindən bu 4 addımı gözləyir | Banco.az

Hər komanda öz liderindən bu 4 addımı gözləyir

Dahi lider olub, böyük əməllərə imza atmaq çətin olsa da, böyük liderlik qaydalarını tətbiq etmək elə də çətin deyil. Yəni siz hər gün liderlik yolunda doğru addımlar ata bilərsiniz. Liderliyi həddən artıq qəlizləşdirmək və ifrat dərəcədə düşünməklə bağlı bir tendensiya mövcuddur hazırda, əslində isə liderlik bəsit də ola bilər. Mən dünya üzərində müxtəlif nəsillərin nümayəndələri ilə işləmişəm, istər ötən əsrin əvvəllərinin, istər də yeni min illiyin nümayəndələri olsun. Dörd sadə qayda var ki, bunu bütün komanda üzvləri öz liderlərindən gözləyir və onlara əməl etdikdə, komandanız sizi qiymətləndirəcək, sizi izləyəcək və böyük nəticələrə nail olacaq.

1. Aydın istiqamət

Bu liderlərin 1 nömrəli işidir. Hətta siz başqa bir şey etməsəniz belə, yenə də öz komandanıza aydın bir istiqamət verməlsiniz. Onlar bilməlidir ki hədəflər və məqsədlər nədir. Həddindən çox halda, məsələlərdə aydınlıq çatışmır, bu isə çaşqınlığa, səhv anlaşmaya, məyusluğa və həvəsdən düşməyə gətirib çıxara bilər. Bəzən aydınlıq – aydın istiqamətləndirmə - komandanın ehtiyac duyduğu tək şeydir. General Patton deyir, "Onlara nə etməli olduqlarını de və gör ki, onlar səni öz zəkası ilə necə təəccübləndirir”.

2. Dəstək

Sizin komanda, sizin işinizin böyük bir hissəsini görür və onların lideri kimi sizin borcunuzdur ki, uğurlu olmaları üçün onları laızm olan hər şey iə təchiz edəsiniz.  Siz komandanı uğurlu olmağa kökləyəndə, onlardan bir çoxu bu fürsətdən iki əlli yapışıb, gerçəkdən uğurlu olacaqlar. Liderlik komandaya xidmət etməkdir, komandanın xidmətini ummaq deyil. Bu onların əvəzinə iş görmək deyil, siz onları lazım mühitlə təchiz etməli və köməyiniz lazım olduqda onların yanında olmalısınız.

3. Məkan

Onlara öz işlərini görməsi üçün zaman və məkan ayırın. Dəstək olun, amma mikro-menecmentə yol verməyin. Mikro- menecment nəinki məyus edici və həvəsdən salıcıdır, o həm də gərəksiz səhvlərə yol açır, çünki işçilərin üzərində lazımsız stress yaradır. Mikro menecment sizin komanda üçün xeyirli deyil, o sizin üçün də xeyirli deyil. Əgər  mikro-menecerlik sizin reputasiyanıza çevrilərsə, onda komandanın yaxşı üzvləri sizi tərk edəcək və sizin işçilərin işə qəbulu və işdə qalması ilə bağlı problmləriniz yaranacaq. Komandanı arada yoxlamaq, onların işin öhdəsindən necə gəlməsini görmək və lazım olarsa kömək etmək yaxşıdır, amma hər şey əsaslı olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

4. Qiymətləndirmə

Mənim təcrübəmə əsasən, pozitiv feedback ( müsbət rəy) möhtəşəm nəticələr qazanan gözəl komanda yaratmağın ən həlledici yoludur. Məni həmişə təəccübləndirir ki, bəzi menecerlər və liderlər insanlara qiymət verməkdə necə xəsislik edə bilir. Siz təqdir etmə mədəniyyəti formalaşdırmalsınız və bunun ilk addımı görülən işlərə və səylərə qiymət verməklə başlayır. Heç kəs dərhal müvəffəqiyyətli olmur, ona görə də siz insanlara bu yolda göstərdiyi səylərə görə minnətdar olmalısınız. Onlara təşəkkür etmək üçün uğur qazanmaqlarını gözləsəniz, onda gözlədiyiniz müddət gerçəkdən uzana bilər.

Əgər siz daha yaxşı lider olmaq istəyirsinizsə və ya sizin komandanın daha yaxşı nəticələr əldə etməsini istəyirsinizsə, bu dörd sadə inqredienti təmin etməklə, siz uzun müddət üçün öz komandanızı motivasiya edə, ruhlandıra və daha çox əzəmkarlığa şövq edə bilərsiniz.

Liderlik düşündüyünüzdən daha asandır, onu mürəkkəbləşdirməyin. 

Mənbə: https://www.inc.com/gordon-tredgold/4-simple-things-every-team-wants-fro...

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et