Hər kəsə zamin durmayın! | Banco.az

Hər kəsə zamin durmayın!

Hal-hazırda əksər banklar müştəriyə verdiyi kredit müqabilində zamin tələb edir. Müştəri krediti ödəyə bilmədikdə isə onun bütün borc öhdəlikləri zaminin üzərinə düşür və krediti o ödəməli olur.

Bir çox insanlar kredit götürən şəxsin bütün risklərini nəzərə almadan ona zaminlik etmək qərarına gəlir. Bəzi zaminlər isə kredit müqaviləsini formal sənəd hesab edərək onu oxumadan imzalayır. Nəticədə, ödəmə müddətinin sonrakı mərhələlərində ciddi problemlə üzləşmək təhlükəsi qaçılmaz olur.

Kredit götürən şəxs ödəmə müddəti ərzində işini, iş qabiliyyətini və yaxud həyatını da itirə bilər. Elə bu səbəbdən də zaminlik müqaviləsinə imza atmazdan əvvəl kredit haqqında tam məlumat almaq lazımdır. Yəni zamin kreditin məbləğini, kreditləşmə müddətini, faiz dərəcəsini və kreditin nə məqsədlə götürüldüyünü bilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Zamin durarkən hansı məqamlara diqqət yetirməli olduğunuzu bilmək istəyirsinizsə, aşağıdakı süjeti izləyə bilərsiniz:

Sevinc İbadova/Banco.az