Azərbaycanda kredit götürən vətəndaşların sayı 2 milyondan artıqdır, ölkənin əməkqabiliyyətli əhalisinin sayı 4 milyon sayılır. Bununla yanaşı demək olar ki, Azərbaycanın hər ikinci əməkqabiliyyətli vətəndaşı banka borcludur.
Bu barədə “İqtisadi Təşəbbüslərə Dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev bəyan edib.
Onun sözlərinə görə, kredit tarixçələrinin sayı 7 milyonu aşır.
Bu, əslində Azərbaycanda hər borc götürənin 3,5 krediti olması deməkdir. Problem ondadır ki, vətəndaşlar üçün bank krediti cari məsələlərin həlli yoluna çevrilib. Onlar birinci dəfə problemlərin həlli üçün kredit götürürlər. Sonra isə krediti bağlamağa vəsait çatışmır və onlar yeni kredit götürürlər. Zamanla isə borc içində batırlar, vaxtı keçən kreditlərin həcmi isə artır, - S.Əliyev qeyd edir.
Ən sərfəli kredit üçün müraciət et
Qeyd etmək lazımdır ki, vaxtı keçmiş kreditlər probleminin Azərbaycanda ən kəskin zamanı 2007-2009-cu illərdə olub, o zaman vaxtı keçən kreditlərin həcmi 3 dəfə artaraq, 2009-cu ildə 3003 milyon manata çatdı. Doğrudur, bir çox bank sistemlərindən fərqli olaraq Azərbaycan bankları yüngül “xəsarətlə” yaxa qurtardılar.
Amma vaxtı keçmiş kreditlərin statistik göstəricilərə müvafiq olaraq, 2009-2013-cü illərdə bu borc 2,6 dəfə artaraq 2013-cü ildə 792 milyon manatdan ibarət oldu.
Oxu.Az