Hər Gün Qarşılaşdığımız 10 Simvol və Mənaları | Banco.az

Hər Gün Qarşılaşdığımız 10 Simvol və Mənaları

Günlük həyatda qarşımıza onlarca simvol çıxır. Bəziləri şəkil etibarı ilə nə olduğunu tam olaraq anlatsa da, bəziləri də bilinməyən biri üçün heç bir məna ifadə etmir. Bəs siz, məşhur bir simvol gördüyünüz zaman onun necə yarandığını ya da hansı anlamı ehtiva etdiyini heç düşündünüzmü?

Bu siyahımızda, demək olar hər gün qarşılaşdığımız simvolların necə ortaya çıxdıqlarına baxacağıq.

1-Tik

Anketdə, sənəddə və ya başqa bir yerdə bir şeyi təsdiqləmək üçün tik işarəsini istifadə edirik. Bu simvol, Romalılar tərəfindən ilk dəfə istifadə edilib və ‘doğru’ mənasını verən “veritas” sözünün qısaltması olaraq V hərfi kimi yazılırdı. Mürəkkəbli qələmlərin istifadəsi ilə işarəni anlamaq çətinləşdi və buna görə V-nin bir ucu qısaldıldı. Beləliklə, bu gün istifadə etdiyimiz tik işarəsi ortaya çıxdı.

2- Təkrar emal

Təkrar emal simvolu ilk dəfə 1970-dəki Dünya Günü-ndə ortaya çıxmışdır. 3 ox, gələcək nəsillər üçün istifadə edilməməli olan bərpa olunmayan enerji mənbələrini təmsil edir. Yaşıl isə təbiətin rəngidir.

 

3- Radiasiya Xəbərdarlığı

1946-cı ildə yaradılan bu simvol, radioaktiv materialları, obyektləri ya da bölgələri bildirmək üçün istifadə edilir. Simvolun anlamı son dərəcə aydındır. Ortadakı dəyirmi, atomu bildirir. Ətrafındakı üç zolaq isə alfa, beta və qamma radioaktivliyi təmsil edir.

4- Komanda nişanı

Apple noutbuklarının klaviaturasında olan komanda düyməsinin simvolu əslində unikal deyil. Bu simvol uzun illərdir İsveçrədəki yol nişanələrində, məşhur yerləri bildirmək üçün istifadə edilmişdir.

5- Müəllif hüquqları simvolu

Müəllif hüquqlarını bildirən ilk simvollar 1670-ci ildə istifadəyə başlanmışdır. 1800-cü illərin başında Amerikada insanlar, müəllif hüquqları simvolunun yanına ad, tarix kimi bir çox yazı yazmaqda israr edirdilər. Son olaraq isə bir dairənin içindəki C hərfi simvol olaraq qəbul edildi.

6- @ İşarəsi

Bu simvolun qaynağı hələ də olduqca müəmmalıdır. Bəzi qaynaqlar simvolun latınca ön söz anlamına gələn “haec praepositio”dan gəldiyini söyləsə də bu dəqiq bir məlumat deyil. Ayrıca simvol, 16. əsrdə bir amfora anlamına gəlirdi və ağırlıq vahidi olaraq istifadə edilirdi. @ işarəsi İngilis mətbəələrindən kompüter klaviaturasına daşındı. 1980-lərdə kiçik bir quyruğu olduğu üçün işarətə rus dilində “it” deyilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

7- Bölmə simvolu

Adətən kitablarda fəsilləri göstərmək üçün istifadə olunan bu işarə Latın “signum sectiōnis”dən gələn iki S hərfindən əmələ gəlir. Latınca mənası “bölüm işarəsi” deməkdir.

8- Period

Period işarələri qədim Yunanıstanda ortaya çıxmışdır. Nöqtənin üstdə, ortada ya da altda olması cümlənin anlamına bir şey qatmırdı. Bu səbəblə zamanla bu işarələr itmişdir və yalnızca istifadə etdiyimiz və cümlənin bitdiyini göstərən alt nöqtə qalmışdır.

9- USB Simvolu

USB simvolu, Poseidonun gücünü aldığı üç uclu mızraqdan bəhrələnmişdir. Yumru baş bağlanılan kompüteri, üç fərqli uc, istifadənin universallığını təmsil edir.

10- Nömrə Simvolu

İnternetin hər yerində gördüyümüz bu simvol, orta əsr latın ədəbiyyatında ilk dəfə görülmüşdür. İşarə bir  toqquşmanı təmsil edir və Cum Deo (Tanrı ilə) anlamına gəlməkdədir.

markzone.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram