31 Oktyabr 2019-cu il tarixinə Amerika Birləşmiş Ştatlarının dövlət borcu 23 trilyon dolları keçib.
Bu barədə ABŞ Xəzinə Nazirliyindən məlumat verilib.
"Peter G. Peterson" vəqfinin açıqladığı xüsusi hesabata görə, qarşıdakı on ildə ABŞ-ın dövlət borcuna ödəyəcəyi faizin məbləği təxminən 6 trilyon dollar olacaqdır. ABŞ-ın hər gün 1 milyard dollar faiz ödədiyi qeyd edilib. Həmçinin ABŞ-ın milli borcunun ailəbaşına 179 min dollar və ya adambaşına 70 min dollar olduğu hesablanıb.
Sentyabr ayında ABŞ Xəzinə Nazirliyi, federal büdcə kəsirinin 2019-cu ildə 984 milyard dollara yüksəldiyini və 2018-ci ildəki 779 milyard dollarlıq kəsirin 205 milyard dollar artdığını açıqlamışdı.
Xəzinə Nazirliyi və "Peter G. Peterson" vəqfinə görə, ABŞ-ın dövlət borcu Prezident Donald Tramp vəzifəsinə başladığından bəri 3 trilyon dollar artıb. Tramp Prezident vəzifəsini icra etməyə başlayan zaman ABŞ-ın cəmi dövlət borcu 19,95 trilyon dollar idi.
Marja