Hər bir uğursuzluğu uğura çevirməyin 7 mükəmməl yol | Banco.az

Hər bir uğursuzluğu uğura çevirməyin 7 mükəmməl yol

Uğursuzluqla üzləşəndə nə qədər çox öyrənməyiniz, uğur qazanmaq yolunda nə qədər çox irəliləyəcəyinizi bəlli edir.

Uğursuzluq –həyatın bir hissəsidir və əlbəttə ki, biznesin də. Biz fərqinə varmasaq belə, uğursuzluq həm də müvəffəqiyyətin fundamental elementlərindən biridir.

Bizim uğursuzluqdan utanmaq instinktimiz, ola bilsin ki, bizim uğursuzluqla üzləşəndə özümüzü necə pis hiss etməyimizlə bağlıdır – biz sanki yalnış nəsə etmiş kimi özümüzü alçalmış hiss edirik.

Amma əgər siz baxış tərzinizi dəyişib və uğursuzluğa utanılacaq deyil, dəyərli bir təcrübə kimi baxsanız, onda başa düşəcəksiniz ki, biz uğursuzluqdan keçməklə gerçək uğur qazanırıq.

Uğursuzluqlardan utanmağı nə qədər tez dayandırsaq, onları bizim üstünlüklərimizə çevirmək bir o qədər asan olacaq. Haqqında düşünməyə dəyər 7 məqam:

1. Səhvlər özlüyündə problem deyil, dərs almamaq isə problemdir. Yəni səhvlərdən nəticə çıxarmamaq artıq yanlışlıqdır. Səhvlərinizi cəld müəyyən edin və onlardan öyrənin. Çox uğurlu insanlar səhvə yol verib, lakin onlar bu dərslər üzərində böyüyüb. Uğursuzluqla üzləşməyi öyrənmək öz səhvlərini öyrəmək mənasını verir. Hər bir səhvdə, böyümə potensialı var.

2. Özünlə danışanda ehtiyatlı ol, çünki sən həm də qulaq asırsan. Özünlə-ünsiyyət olduqca zərərli ola bilər, xüsusən də uğursuzluqdan sonra. Öz-özünüzə danışdıqda diqqətli olun ki, öz sözlərinizlə özünüzü daha da betər hiss etməyinizə səbəb olmayasınız, əsasən də uğursuzluğun dərhal ardınca. Qoy, o sizi bir anlıq sancsın, sonra isə pozitiv qalmaq üçün mümkün olan hər şeyi edin və yenidən hər şeyin öz məcrasına qayıtmasına imkan verin.

3. Nəyisə qeyri mükəmməl etmək, ümumiyyətlə mükəmməl heç nə etməkdən daha yaxşıdır. Yeganə gerçək uğursuzluq heç nə etməməkdir.  Fəaliyyətsizlik hər şeyi risk altına qoyur. Biz heç nə etməyəndə, bu o deməkdir ki, biz ümumiyyətlə hərəkət etmirik, istiqamətsiz oluruq. Bu isə uğursuzluqda tıxanıb-qalmağın ən doğru yoludur.  Uğursuzluğun bizim üzərimizdə qələbə çalması üçün lazım olan tək şey – bizim heç nə etməməyimizdir.  

Ən sərfəli kredit üçün müraciət et

4. Biz keçmişimizin məhsullarıyıq, amma biz səhvlərimizə imkan verməməliyik ki, bizim kimliyimizi onlar təyin etsin. Hətta keçmişimiz ümid etdiyimiz kimi olmasa belə, gələcəyimiz hələ də təsəvvür etdiyimizdən daha yaxşı ola bilər. Biz keçmiş və səhvlərimiz haqqında danışmaqdan qorxuruq, ona görə ki, düşünürük ki, onlar bizim necə biri olduğumuzu təyin edir. Buraxın getsin, qarşıda olacaqlara diqqətinizi cəmləyin.

5. Müvəffəqiyyətin düşməni – uğursuzluq qorxusudur. Uğursuzluğun özü – uğursuzluqdan qorxmaq qədər təhlükəli deyil, çünki məhz qorxu bizi hərəkətsiz qalmağa vadar edir. Bütün digər qorxularda olduğu kimi, bu qorxuya da onunla üzləşməklə qalib gəlmək olar. Heç nə etməmək qorxusu yanlış etmək qorxusunu üstələyəndə, məhz onda gerçək işiniz başlayır.

6. Davamlı hərəkət – davamlı nəticələr yaradır. Güc - bacardığınız işləri etməkdən törəmir. O, bir zamanlar bacarmayacağınızı düşündüyünüz şeyləri öyrənib, onları gerçəkləşdirəndə formalaşır. Ona görə özünüzə yıxılmaq şansı verin, amma sonra durub üstünüzü çırpıb, irəliyə gedin. Sizin hər gün etdiklətini arada bir etdiklərinizdən daha önəmlidir. Davamlılıq uğurun başlıca açarıdır.

7. Sən onu tək edə bilməzsən və etməli deyilsən də. Bəzən uğursuzluqlarımız bizi müəyyəyən qədər keçmişdə ilişib qalmağa sövq edir, biz köhnə üsullardan əl çəkə bilmirik və zərərli vərdişləri tərgitmək üçün bizə dəstək lazımdır. Edə biləcəyimiz ən pis şey – hər şeyin öhdəsindən tək başına gəlməli olduğumuzu düşünməkdir. Özünüzə, təlimçi, mentor, müəllim və ya ustad, və ya sizə kömək edə biləcək dost tapın.  Elə bir adam ki, etdiyiniz cəhdlərdə sizə dəstək olsun və uğura gedən yolda sizinlə öz təcrübəsini paylaşsın.

Uğursuzluq, özünü  və öz təşkilatını böyütməyin yeganə yoludur, çünki bu uğur qazanmağı öyrənməyin tək üsuludur. 

Mənbə: http://www.inc.com/lolly-daskal/7-surprising-ways-to-turn-every-failure-...

Könül Soltanova, Banco.az