Uğursuz komanda seçimi
Sizcə hansı daha vacibdir? Komanda yoxsa ideya? Məsələ ondadır ki, uğurlu ideya və düzgün seçilməmiş komanda bir arada istifadə oluna bilməz. Belə ki, bu zaman uğursuz sonluq qaçılmazdır. Lakin həm komanda, həm də ideya düzgün seçilmiş olarsa, o zaman sizin bu işdə şansınız var deməkdir. Bununla yanaşı, seçdiyiniz komandanın mütləq lideri olmalıdır.
Layihənin əhatə dairəsinin geniş olmaması
İstehlakçıya təqdim olunan məhsulun həqiqətən də vacib və əhəmiyyətli problemi həll etdiyi, eləcə də hədəf auditoriyasının həyatına rahatlıq və maraq gətirdiyi faktını dəqiqləşdirmək lazımdır.
Sərmayə olmadan da işin davam edəcəyinə inanmaq
İnvestisiya texnoloji biznesin qurulmasını təmin edən əsas amillərdən biridir. Biznesə investisiya cəlb etməkdən çəkinməyin. Unutmayın ki, investisiyalar qurduğunuz biznesin nəinki başlanğıc mərhələsində, eyni zamanda sonrakı mərhələlərində və genişlənməsində də olduqca böyük rola malikdir.
Layihənin təqdimatı ilə bağlı problemlər
Çox vaxt yaxşı ideya və komandaya sahib olan insanlar öz fikirlərini izah etməkdə və bu fikirləri qarşı tərəfə çatdırmaqda çətinlik çəkirlər. Nəticədə isə həm müştəriləri, həm də onlar vasitəsilə qazanılacaq gəlirləri itirirlər. Bu səbəbdən də öz fikrinizi təlqin etməyi və qarşı tərəfdə təəssürat yaratmağı bacarmalısınız.
Uzunmüddətli planlaşdırmanın olmaması
Startapların əksəriyyəti orta və uzunmüddətli biznes planlar hazırlamaq istəmirlər. Onların demək olar ki, heç biri 3-5-10 il sonranı planlaşdırmaq üçün səy göstərmirlər.
Rəqabətin düzgün qiymətləndirilməməsi
Qurucular əksər hallarda bazardakı rəqabəti düzgün şəkildə qiymətləndirmirlər. Biznes qurmazdan əvvəl ilk öncə bu sualın cavabını tapmaq lazımdır: İstehlakçı niyə məhz mənim məhsulumu seçməlidir? Mənim məhsulumun əsas fərqləndirici xüsusiyyəti nədən ibarətdir?
İnvestorlarla əməkdaşlıq etmək bacarığının olmaması
Sərmayədarlarla ünsiyyət yaratmağı öyrənmək və investisiya sənədlərini diqqətli şəkildə gözdən keçirmək lazımdır.
Komandada daxili çəkişmələrin meydana gəlməsi
Layihənin həyata keçirilməsi nəticəsində gəlir və uğur əldə edildikdən sonra layihə daxilində komandanın ən güclü üzvünün müəyyən edilməsi istiqamətində çəkişmələr meydana gəlir. Unutmayın ki, bir startap üçün nə hakimiyyət, nə də pul zaman qədər önəmli ola bilməz. Bu səbəbdən də daxili çəkişmələrə sərf etdiyiniz vaxt sizə yalnızca məğlubiyyət gətirə bilər.
Kömək istəməmək
Hər bir texnoloji şirkətdə vacib proseslər mövcuddur: məhsulun hazırlanması, satış, marketinq, biznesin inkişaf etdirilməsi, prosesə dəstək verilməsi, xidmətlər və s. Bütün bu proseslər hər bir şirkətin fəaliyyətində böyük önəmə malikdirlər. Əgər komanda bu proseslərdən heç olmasa birini düzgün şəkildə təşkil və idarə etməyi bacarmırsa, bu zaman ciddi problemlər meydana çıxa bilər.
Hazırlıqsız olmaq
Startapların çoxu postinvestisiya mərhəsində texnoloji biznes qurmağın olduqca asan olduğu fikrinə gəlirlər. Hətta heç bir iş görməsələr belə, biznes qurmağın mümkün olacağını düşünürlər. Halbuki, təcrübə bunun tam əksini nümayiş etdirir. Belə ki, uğurlu biznes qurmaq üçün çoxlu zaman və səy sərf etməklə yanaşı, eyni zamanda uğursuzluqlara qarşı dayanıqlı mövqe nümayiş etdirmək lazımdır. Unutmayın ki, zəhmətsiz bal yeməzlər.
Pulun israf edilməsi
Startapları uğursuzluğa düçar edən amillərdən biri də onların zaman keçdikcə nağd pul dövriyyəsinə daha az diqqət yetirmələridir. Qurucuların əksəriyyəti də gəlir əldə etdikdən sonra öz xərclərini 2-5 dəfə artırırlar.
Sevinc İbadova/Banco.az