Yapı Kredi Bank Azərbaycan 2019-cu ildə ilk möhtəşəm kredit kampaniyasını elan edir. Bankdan bu günə kimi kredit götürməyən müştərilər 31 Martadadək kredit müraciəti etsələr hər 1000 manata 1% endirim qazanacaqlar.
Kimlər Faydalana Bilərlər?
Maaşını yalnız Yapı Kredi-dən deyil, bütün banklardan alan müştərilər daha öncə Yapı Kredidə kreditləri olmayıbsa bankın istənilən filialına yaxınlaşaraq əldə edə bilərlər.
Hansı sənədlər tələb edilir?
İş yerindən arayış və şəxsiyyət vəsiqəsilə krediti rəsmiləşdirmək mümkündür.
Kampaniyanın şərtləri
- Kampaniya çərçivəsində endirim ediləcək maksimal faiz miqdarı - 5 % dir (yəni maks. illik 19%-lə kredit verilə bilər)
- Wordcard-ı olmayan və ya kreditlə birlikdə Worldcard müraciəti etməyən müştərilərə endirim şamil edilmir.
- Kampaniya yalnız Yapı Kredi-də ilk dəfə kredit göturən muştərilərə şamil edilir
- Kampaniya Express, Təkrar, Xüsusi peşə sahibli, Səyahət, Avtomobil, Restrukturizasiya, Daşınmaz əmlak, Dövlət ipotekası (güzəştli və güzəştsiz) və Depozit qarşılıqlı kreditlərə şamil edilmir.
- Kreditin və Kredit kartının dəyərləndəriliməsi Bankın daxili qaydaları və MPNB/MB məsuliyyətli kreditləşmə prinsipləri əsasında aparılır. Bank kreditin verilib/verilməməsi hüququnu özündə saxalayır.
- Min. FIFD:.20.12%-dan başlayır
- Kampaniya Worldcard -la ilk alış-veriş məbləğinin yarısı qədər bal qazanmaq imkanı verir. Kampaniya ölkədaxili POS terminallarda edilən əməliyyatlarda keçərlidir. Kampaniyada yalnız Worldcard Classic, Gold və Platinum kartlar iştirak edir. Maximum qazanilacaq bal 25 AZN-dir. 05.02.2019-28.02.2019 tarixləri arasında əməliyyat edən müştərilərin balları 4 mart tarixində kart balanslarına yüklənəcək. 01.03.2019-31.03.2019 tarixləri arasında əməliyyat edən müştərilərin balları isə 4 aprel tarixində kart balanslarına yüklənəcək.
Ətraflı məlumatı www.yapikredi.com.az saytından və *0444 Yapı Kredi Telefon Mərkəzindən öyrənə bilərsiniz.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.