Hello Kitti və Mikki Maus personajlarının heyrətləndirici hekayəsi | Banco.az

Hello Kitti və Mikki Maus personajlarının heyrətləndirici hekayəsi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hello Kitti və Mikki Maus personajlarının necə yarandığını bilirsinizmi?

Banco.az xəbər verir ki, uşaqlığımızın unudulmaz personajları olan Hello Kitti və Mikki Maus cizgi filmləri və oyuncaqları ilə yanaşı, özlüklərində bir mədəniyyət nümunəsinə çevriliblər. Bəs bu sevimli personajlar necə olub ki, ərsəyə gəlib?

1974-cü ildə Yaponiyada yerləşən oyuncaq və video-oyun istehsalçısı Sanrio tərəfindən hazırlanan Hello Kitti ekranların hüdudlarını aşaraq bəzən bir qələm qutusunun, bəzən bir çantanın, bəzən də ayaqqabının dizayna rəng qatıb.

Personajın yaradıcısı Sanrionun verdiyi açıqlamalara görə, orijinal hekayə Hello Kitti personajının əslində Kitti Uayt adlı bir İngilis qızı olmasıdır.

Anbardakı siçandan ilhamlanan personaj: Micky Mouse

İrlandiyalı mühacir ailənin oğlu Uolt Disney gənc yaşlarında üzləşdiyi iqtisadi çətinliklərə görə pul qazanmalı olub. Maddi çətinliklər üzündən məktəbə gedə bilməyən Disney müəyyən bir ixtisasa da yiyələnə bilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Günlərin bir günü Disney aldığı kitabın arxa qapağında “Kanzas Siti İncəsənət İnstitutu sizi pulsuz kurslara dəvət edir” elanına rast gəlir və bu fürsətdən istifadə edərək Kanzas Siti İncəsənət İnstitutunun pulsuz kurslarına qoşularaq rəsm bacarıqlarını inkişaf etdirməyə başlayır. Rəsmlərini göndərdiyi jurnalların əksəriyyətindən mənfi cavab alan Uolt bütün bunlara baxmayaraq rəsm çəkməyə davam edirdi. Rəsm çəkərkən otağında balaca siçan görən Uolt siçanla doğmalaşır. Gündən-günə siçanla dostlaşan Uolt balaca dostunun rəsmini çəkmək qərarına gəlir. Bu rəsm həm Uolt Disney, həm cizgi filmi dünyası, həm də dünyanın ən məşhur cizgi film qəhrəmanı Mikki Maus üçün dönüş nöqtəsi olur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et