Həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa edilə bilər | Banco.az

Həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa edilə bilər

“Həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətini dayandırması hələ də qüvvədədir”. 

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O xatırladıb ki, gələn həftədən ictimai iaşə, kafe və restorlanların fəaliyyəti bərpa edilir:

“Bundan sonra isə həftəsonu ictimai nəqliyyatın hərəkətinin növbəti həftələrdə bərpa olunması məsələsi müzakirə olunacaq”.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et