Həftənin gözlənilən hadisələri açıqlandı | Banco.az

Həftənin gözlənilən hadisələri açıqlandı

Cari, 19-23 iyun həftəsinin dünya üçün iqtisadi göstəricilər baxımından nisbətən sakit keçəcək. "Report"un analitik qrupu bildirir ki, maliyyə bazarlarında əsas diqqət B.Britaniyaya yönələcək. Belə ki, bu həftə Britaniyanın Avropa İttifaqından (Aİ) çıxışı ilə bağlı danışıqlar start götürəcək. Danışıqlarda Britaniyanın baş naziri Tereza Meyin (Theresa May) mövqelərinin son seçkilərdən sonra xeyli zəiflədiyi müşahidə olunur. Həmçinin, İngiltərə Mərkəzi Bankının (BoE) sədri Mark Karninin (Marc Carney) çıxışı gözlənilir. Analitik qrup funt sterlinqin məzənnəsinin bu fonda ucuzlaşacağını ehtimal edir.

ABŞ iqtisadiyyatında bu həftə önəmli göstəricilər açıqlanmayacaq. Açıqlanması gözlənilən ən vacib göstərici isə ilkin və təkrar bazarda ev satışı ilə bağlıdır. Bu göstəricinin də dolların məzənnəsinə təsirinin ciddi olacağı gözlənilmir.

Ən sərfəli kredit üçün müraciət et

Avrozonada ən vacib göstərici işgüzar fəallıq indeksinin açıqlanması olacaq. Bu göstəricinin zəifləməsi ehtimalı var. Əgər belə olarsa, avronun ucuzlaşması gözlənilir. Əsas valyuta cütlüyü sayılan avro/dolların məzənnəsi hazırda 1,12 USD/EUR səviyyəsində qərarlaşıb və avronun 1,10 USD/EUR-a kimə (və daha çox) ucuzlaşması mümkündür.

Neft qiymətləri isə ABŞ-dakı neft ehtiyatları, neft hasilatı və aktiv neft quyularının sayındakı dəyişiklilərə uyğun olaraq hərəkət edəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et