Həftənin filmi 011 | Banco.az

Həftənin filmi 011

“Əgər arılar yer kürəsindən yoxa çıxsalar, bəşəriyyətin cəmi dörd il ömrü qalacaq” - Albert Eynşteyn

Bu həftə sonu üçün tövsiyə etdiyimiz film "Baldan daha çox"  (More than Honey) adlanır.

Film arıların yox olması ilə yaranacaq iqtisadi problemlərdən dolayı lentə alınıb. Son illərdə arı pətəklərinin səbəbi bilinmədən məhv olması müşahidə edilib ki, bu sindrom 1872-ci ildə ekipajı yoxa çıxan gəmidən sonra “Meri Seleste fenomeni” adlandırılıb. Arılarının olmaması təkcə balın olmaması demək deyil. Bitki növlərinin 80% -i arıların tozlanmasını tələb edir.  Arılar olmasa, tozlanma baş vermir, bununla da meyvə və tərəvəzlər Yer üzündən yox ola bilər. Bu səbəbdən də filmin baldan daha çox adlandırılması təsadüf deyil.

Film arıların biologiyası, sosial davranışı və onların tədricən məhv olma səbəbindən bəhs edir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

sənədli filmlər, film tövsiyəsi, həftənin filmi, maraqlı kinolar

Ən sərfəli krediti almaq üçün müraciət et