Həftənin biznes kitabı 005 | Banco.az

Həftənin biznes kitabı 005

Şəxsi inkişaf, motivasiya mövzusunda növbəti tövsiyə etdiyimiz Eşli Vensin “Elon Mask: Tesla, SpaceX və Möhtəşəm gələcəyin izi ilə” adlı kitabdır. Kitab dünya üzrə milyarderlər siyahısına birincilik edən İlon Maskın həyatından bəhs edir.

Kifayət qədər maraqlı bir obraz olan İlon Mask bir çox müəllifin onun haqqında bioqrafiya yazmasına qarşı çıxıb. Lakin Eşli Vensin səbrlə və təkidlə onunla görüşmək istəməsi nəticəsində müəllifin bioqrafiya yazmaq istəyini qəbul edib. Eşli Vens tərəfindən yazılan bu kitab İlon Maskın həyatından - uşaqlığından Zip2 və Paypal-da keçirdiyi dövrə, daha sonra isə SpaceX, Tesla və SolarCity-yə qədər olan həyatından bəhs edir. Bu kitab, xüsusilə, sahibkarlar və texnologiya sevərlərin oxumalı olduğu bir kitabdır.

Kitab New York Timesda bestseller, Amazonda iş dünyası, sahibkarlıq mövzusunda bestseller və ilin ən yaxşı kitabı, Wall Street jurnalında ilin ən yaxşı biznes kitabı adını qazanıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

biznes kitabları, kitab tövsiyəsi, motivasiya kitabları, bestseller, maraqlı kitablar

Ən sərfəli krediti almaq üçün müraciət et