Hədəf qoymaq üçün ən düzgün zaman nə vaxtdır? | Banco.az

Hədəf qoymaq üçün ən düzgün zaman nə vaxtdır?

Bu dünyadakı bütün möcüzələr, kiçik arzularla başlayır. Böyük addımların arxasında gerçəkləşdirilməsini gözləyən saf arzular gizlənir. Bəs hədəflər üçün də düzgün zamanın olduğunu bilirdinizmi? Biz insanlar sevdiyimiz şeylər üçün hər zaman vaxt tapa bilirik. Arzularımız üçün də vaxt ayırmağı bacarsaq, inanın ki, gerçəkləşməyən diləyimiz olmaz. Ələddin qədər şanslı deyilik, heç bir cin çıraqdan çıxıb arzularımızı gerçəkləşdirməyəcək. Bunu siz edəcəksiniz. Yəni, ya edəcəksiniz, ya da yox.

Araşdırmalara görə hədəflərinizi gerçəkləşdirmənizin ən yaxşı üsullarından biri onları kağızda canlandırmaqdır. Bir qələm və bir kağızda nə qədər gücün gizləndiyini bilsəniz, heç yerə qoymazdınız. İnsan sözü ərəbcədən “nisyan” yəni “unutqan” sözündən gəlir. Biz unuduruq. Yəni təbiətimiz belədir. Unutmaq istəmirsinizsə, istər xırda detalları, istər nəhəng xəyalları, hər şeyi və hər şeyi qeyd etməlisiniz. Tanıdığım bəzi insanlar var ki, arzularını hər gün yazırlar. Gün ərzində bu sizdən sadəcə 5 dəqiqə vaxt alacaq. Amma əvəzində arzularınızı verəcək. Almaq üçün əvvəlcə verməlisiniz. Bu dünya belə qurulub.

İndi isə keçək həmin düzgün zamanlara. Hədəf qoymaq üçün ən düzgün 7 zamanı sizinlə bölüşürəm:

Yeni nəticələr istədiyiniz zaman

Nyutonun birinci qanununu, yəqin ki, bilirsiniz. Yəni praktiki olaraq, bir top sükunətdədirsə, o topa heç bir qüvvə təsir etmirsə, top olduğu kimi qalacaq. Xəyallarımız çoxlu sayda toplardan ibarətdir. Əgər top tərpənsin istəyirsinizsə, siz tərpətməlisiniz. Burada prosses belədir. Əvvəlcə topun varlığını bilməlisiniz. Sonra topu tərpətməklə nə qazanacağınızı. Ardından topu tərpətmək istədiyinizi hiss etməlisiniz. Ən son olaraq isə onu fiziki cəhətdən hərəkət etdirməlisiniz.

Ən sərfəli kredit üçün müraciət et

Güzgüyə baxarkən olmaq istəmədiyiniz birini görürsünüzsə, hədəflər qoymaq üçün ən düzgün vaxtdasınız. Geriyə baxarkən dəyişdirmək istədiyiniz bir keçmiş görürsünüsə, “indi” – ni dəyişdirməlisiniz.

Gözlənilməz hadisələr baş verdiyi zaman

Həyat sürprizlər etməyi sevir. Bəzən xoş sürprizlər, bəzən kədərli sürprizlər. Qaranlıqdan niyə qorxuruq bilirsiniz? Çünki zülmət qeyri-müəyyənlikdir. Əgər olacaqlar haqqında bir təsəvvürümüz yoxdursa, biz qorxuruq. Qaranlığı hiss etdiyiniz an, hədəflər üçün mükəmməl andır. Hədəflərinizi müəyyənləşdirin ki, günəşə çevrilsin arzularınız. Eynşteyn belə yerdə deyirdi, “Problemlər yaranan andakı düşüncələriniz, sizi problemdən çıxartmayacaq. Çünki, problemi həmin düşüncələr yaradıb.”

Böyük bir qələbənin ardından

Bir qələbə əldə etməniz sizə bir işarədir. Yox, zirvədə olduğunuzu nəzərdə tutmuram. Bu sizin daha böyük nəticələrinizin ola biləcəyinə işarədir. Dayandığınız yerdə zəifsiniz. Hərəkətsiz olduğunuz yerdə zəifsiniz. “Saata baxmayın. O hərəkətdədir. Siz də dayanmaqla ona uduzursunuz” deyirdi, Amerikalı jurnalist Sam Levenson.

Yeni İl

Yeni il yeni həyatın başladığı andır. Yeni ildə bütün kitablar yenidən yazılır. Yeni səhifələr açılır. Brayan Treysiyə görə yeni ildə qoyduğunuz 8 hədəfdən ən az 4 – nə nail olacaqsınız. Təbii ki, bu da sizin çalışmağınıza bağlıdır.

Sevinc Hüseynova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et