"Hazırkı qiymətlər qızılı almaq üçün fürsətdir" | Banco.az

"Hazırkı qiymətlər qızılı almaq üçün fürsətdir"

Qlobal investisiya bankı "UBS"-in Sərvətin İdarə edilməsi departamentinin rəhbər Dominic Schnider qızıl almağı tövsiyə edir. 

"Bloomberg Television"da "Bloomberg Markets: Asia" proqramına qatılan Schnider, qızılın son dövrdəki bahalaşmasına dair "Məncə zirvəyə çatmamışıq",- deyib. 

"Məncə qızılın hazırkı qiymətləri alış üçün fürsətdir", - deyən Schnider, Bankın il sonu hədəfinin 2019-cu il üçün 1550 dollar, 2020-ci il üçün isə 1650 dollar səviyyəsində olduğunu bildirib (1 unsiya qızıl üçün).

Həmçinin Schnider, "Qızılın qiyməti bariz bir şəkildə ABŞ-Çin ticarət danışıqlarına görə istiqmət alır. Bizim gözləntimiz böyük bir müqavilə olmayacağı və vergilərin bir hissəsinin yenə də artacağı istiqamətindədir" deyib.

Schinder-ə görə, Fed, 2020 ildə bir neçə dəfə faiz endiriminə gedəcək və real faizlər mənfi zonaya keçəcək.

Bakı vaxtı ilə saat 15:20-də qızılın unsiyası 1504 dollardan alıcı tapıb. 

Marja