Müəllif - Aida İsaq, Banco.az
Hazırda dünya neft bazarında tarazlıq hökm sürür.
Banco.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. Bundan başqa, onun daha öncəki açıqlamalarına görə, cari ilin mart ayının statistikasına əsasən, Rusiyada neft hasilatının səviyyəsi sutkada 300 min barel azalıb.
Eyni zamanda A.Novak mayın əvvəlində verdiyi açıqlamada müstəqil mənbələrə əsasən aparılan hesablamalar fonunda Rusiyada gündəlik neft hasilatının fevral ayından etibarən 500 min barel azaldığını qeyd edib. Həmçinin müvafiq qərar OPEK-in müəyyən etdiyi kvotadan artıq xammal istehsalının könüllü şəkildə azaldılması çərçivəsində həyata keçirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!