"Hazırda problemli bank var?" sualına - Rəsmi cavab verildi | Banco.az

"Hazırda problemli bank var?" sualına - Rəsmi cavab verildi

4 bankın lisenziyası ləğv edildikdən sonra, Mərkəzi Bankın sədri Elman Rüstəmov, "Hazırda Azərbaycanda problemli bank var?" sualına “Hazırda problemi olan başqa bank tanımırıq” şəkilində cavab verib.

Bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bundan sonra Mərkəzi Bank kommersiya banklarına ciddi nəzarət edəcək, tez-tez yoxlamalar həyata keçirəcəkdir:

“Bu proses dinamik prosesdir. Biz yoxlamalarımızı mütəmadi aparacağıq, əgər məlumat olarsa Mərkəzi Bank ictimaiyyətli məlumatlandıracaqdır”.

Elman Rüstəmov qeyd edib ki, bağlanan 4 bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif etsələr də hazırda fəaliyyətdə olan bankların maliyyə hesabatlarına “həlledici dərəcədə” inanmaq olar:

“Biz bank sektorunu tam şəkildə yoxlayıb başa çatdırmamışıq. İlk növbədə bunu demək istəyirəm. İlkin olaraq bankların kapitallarının qiymətləndirilməsi prosesi həyata keçirilmişdir. Əgər bu qiymətləndirmə olmasaydı 4 bankın siyahısı daha böyük ola bilərdi. Aydındır məntiqi olaraq? Yəni biz bankların portfellərinin ilkin qiymətləndirilməsini həyata keçirmişik və hesab edirəm ki, bu gün həlledici dərəcədə bankların hesabatlarına, çap olunan hesabatlarına inanmaq olar”.

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank AtaBank, Amrahbank, AgBank və NBC Bank-ın lisenziyalarını ləğv edib.

fed

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et