Hazırda hansı kriptovalyuta daha gəlirli hesab olunur? – AÇIQLAMA | Banco.az

Hazırda hansı kriptovalyuta daha gəlirli hesab olunur? – AÇIQLAMA

“Əvvəlki illərdə olduğu kimi bu il də kriptovalyutaların qiymət dəyişməsi gündəmdədir. Fikrimcə, Bitcoin gəlirlilik baxımından digər kriptovalytalardan fərqlənəcək. Bu il kriptovallyuta gəlirliliyini proqnoz etmək üçün qısa təhlil məqamlarına toxunmaq lazımdır. Məsələn, 2018-ci ilin yanvar ayında kriptovalyuta 3 454 ABŞ dollarına yaxın idi və bu rəqəm ötən ilin də minimal qiyməti sayılırdı”.

Bunu açıqlamasında kriptovalyuta üzrə ekspert Hüseyn İbadov deyib.

Hüseyn İbadov bildirib ki, hazırda Bitcoin qiyməti 8 737 ABŞ dolları təşkil edir: “Əvvəlki dövlərə baxdıqda, indi tendensiya dəyişkəndir. Düşüş və artımın proqnozu çətinləşir. Bu gün isə Bitcoin-in digər kriptovalyutalara nisbəttə gəlirli olmasının bir sıra səbəbləri var. Bitcoin ilk valyutadır, limitli saydadır (hazırda 18, 164, 412 BTC dövriyədədir və maksimum 21,000,000 BTC mayn oluna bilər), bir çox böyük şirkətlər bu valyuta ilə ödənişləri qəbul edir. Amma gəlirli kriptovalyuta sırasında yalnız Bitcoin-in adını deyil, bir neçə valyutanın adı çəkmək olar. Laytkoyn, Monero, Binans Koyn, Bitcoin Cash kimi rəqəmsal valyutalar da investisiya portfelinə əlavə oluna bilər”. 

Ən sərfəli kredit üçün müraciət et

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et